Mamuka Baxtadze Rusiyaya müraciət edir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxardsın
Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiyaya müraciət edir ki, 2008-ci ilin atəşkəs razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxardsın.
Bu bəyanatı Mamuka Baxtadze bugün keçirdiyi mətbuat konfransında verdi.
Baş nazir avqustun 7-də Gürcüstana Polşanın, Litvanın, Latviyanın Xarici İşlər Nazirliyinin və Ukraynanın vitse-premyerinin səfərinə və onların avqust müharibəsinin 10 illiyinə həsr olunan tədbirlərdə iştirak etdiklərinə səsləndi və təşəkkür etdi.
“Dost ölkələrimiz və beynəlxalq institutlar ölkəmizi və dövlətçilik dəyərlərimizi dəstəklədiklərini bir daha təsdiqlədilər. Onlara, xüsusi ilə də bu ağır tarixdə bizə dəstək olduqları üçün bir daha təşəkkür edirəm” – dedi Mamuka Baxtadze.
“Rusiya ilə beynəlxalq əlaqələrin bərpasına gəlincə isə, bu cavabımız çox sadədir – 2008-ci ildə imzalanan atəşkəs razılaşmasının şərtləri yerinə yetirilsin və Rusiya öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxardsın. Əgər o bunu etsə, münasibətlərimizin normalizasiyasına başlaya bilərik” – dedi Mamuka Baxtadze.