Mamuka Baxtadze - Rusiya ərazilərimizin 20 faizini işğal etməyə davam edir, ancaq biz dözümlü bir millətik
Rusiya ərazilərimizin 20 faizini işğal etməyə davam edir, ancaq biz dözümlü bir millətik, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Münxenin Təhlükəsizlik konfransında, Şərq Avropanın təhlükəsizliyi məsələləri ilə bağlı keçirilən diskussiyada bəyan etdi.
“Gürcüstanın və Ukraynanın bir çox dostunu görürəm zalda. Gürcüstana qarşı 2008-ci ildə edilən aqressiya əlbətdəki təhlükəsizliyə və sabitliyə ciddi zərbə vurdu. Bugün bir çox mütəxəssis qeyd etdi ki, bu sadəcə Gürcüstana deyil, bütün region üçün təhlükə yaradan bir zərbə idi.
Bugün sadəcə Gürcüstan və Ukrayna üçün deyil, bütün region üçün böyük təhlükə yaradılır. Mənim fikrimcə, Qara Dəniz regionunda təhlükəsizlik və sabitlik olmasa, o Avropada da olmayacaq. Düşünürəm ki, Münxen konfransı həqiqətən də çox önəmlidir, çünki burada qüvvələrimizin konsolidasiyası haqqında razılaşıb, gələcək planlarımız haqqında optimist bir xasiyyətə gələ bilərik” – dedi Mamuka Baxtadze.
Onun dediyinə görə, Qara Dəniz regionu Avropa və NATO üçün əsas prioritet halına gəlir və bu irəli atılmış bir addımdır.