Mamuka Baxtadze - Prezident seçkilərinin ikinci turu yüksək standartların qorunması ilə keçiriləcək
Prezident seçkilərinin ikinci turu yüksək standartların qorunması ilə keçiriləcək və bunun zəmanətini “Gürcü Arzusu” verəcək, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze verdi.
Baxtadzenin dediyinə görə, 2012-ci ildən sonra Gürcüstanda keçirilən seçkilərin hamısı yüksək standartlara müvafiq şəkildə keçirildi və bunu beynəlxalq təşkilatlar da təsdiqlədilər.
Baxtadze qeyd etdi ki, Gürcüstanın milli marağı NATO və Avropa İttifaqına inteqrasiyasıdır və bu məsələyə mane olmağa çalışanlar öz vətənlərinə zərər verirlər.