Mamuka Baxtadze - Personal avtombillərlə bağlı bəzi dövlət strukturlarındaki vəziyyət qətiyyən qeyri-məqbuldur
Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze bəyan edir ki, “personal avtomobillərlə” bağlı yeni təşəbbüsünü növbəti hökümət iclasında təqdim edəcək.
Bu barədə bəyanatı Mamuka Baxtadze bugün keçirdiyi mətbuat konfransında verdi.
“Növbəti hökümət iclasında yeni təşəbbüsü təqdim edəcəm, hansı ki, sadəcə “qara ciplərə” deyil, ümumiyyətlə, dövlət idarələrinin avtoparklarına aid olacaq.
Təbii ki, bu baxımdan bəzi dövlət idarələrindəki vəziyyət qətiyyən qeyri-məqbuldur və bu vəziyyəti dəyişdirmək üçün müvafiq tədbirlər görüləcək” – dedi Mamuka Baxtadze.