Mamuka Baxtadze - Pensiya islahatları ilə bağlı sualların müəllifləri, bu islahatı 15 il bundan əvvəl başlasaydılar, indi pensiya iki qat olardı
Mamuka Baxtadze - Pensiya islahatları ilə bağlı sualların müəllifləri, bu islahatı 15 il bundan əvvəl başlasaydılar, indi pensiya iki qat olardı

Biz vətəndaşlarımız üçün layiqli pensiya sistemi yaratmalıyıq. Dünyanın heç bir müvəffəqiyyətli ölkəsi pensiya islahatı olmadan müvəffəqiyyətə nail ola bilməzdi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Parlamentdə çıxış edərkən verdi.

“Bu islahatın əsas aspektləri haqqında danışmalıyıq. Avstraliya, Avstriya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Finlyandiya, Kanada, Fransa, Yaponiya kimi müvəffəqiyyətli iqtisadi inkişafı olan bütün ölkələrdə belə bir islahat həyata keçirilib. Yəni biz yeni velosiped icad etmədik. Bu islahat vətəndaşlarımıza layiqli pensiya vermənin yeganə yoludur” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, söz edilən islahatla bağlı sualların müəllifləri bu islahatı 15 il bundan öncə başlasaydılar, indi pensiya iki qat olardı.