Mamuka Baxtadze - Partiyadan üstün konstruktiv fikirləri olan bütün ictimai və siyasi qruplarla çaılşamağa hazıram
Mamuka Baxtadze - Partiyadan üstün konstruktiv fikirləri olan bütün ictimai və siyasi qruplarla çaılşamağa hazıram

Gürcüstanda bugün partiyadan üstün olan planlarımız var, – bu barədə bəyanatı baş nazir Mamuka Baxtadze parlamentdə çıxış edərkən, verdi.

Baş nazirin dediyinə görə, o öz dəstəsi ilə bərabər, partiyadan üstün konstruktiv fikirləri olan bütün ictimai və siyasi qruplarla çaılşamağa hazırdır.

“Bizi tək bir ideya birləşdirir –  ölkəmizin doğru və ardıcıl inkişafı” – dedi Mamuka Baxtadze.

“Əminəm ki, biz mütləq müasir, Avropa ölkəsini yarada biləcəyik və ən önəmlisi isə, abxaz və osetin həmvətəndaşlarımızla bərabər, həqiqətən güclü və demokratik ölkə tikə biləcəyik” – dedi baş nazir.