Mamuka Baxtadze parlament əksəriyyətinin nümayəndələri ilə görüşəcək
Mamuka Baxtadze parlament əksəriyyətinin nümayəndələri ilə görüşəcək

Gürcüstanın baş naziri Mamuka Baxtadze bugün parlament əksəriyyətinin nümayəndələri ilə görüşəcək.

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin jurnalistlərə verdiyi bəyanata görə, bu yekun görüşü olacaq, hansından sonra, iqtidarda struktur dəyişiklikləri haqqında konsultasiyalar artıq başa çatacaq.

Görüş saat 19:00-da keçiriləcək.

Mdinaradzenin dediyinə görə, müəyyənləşdirilən məsələlərdən biri odur ki, nazirkilərin sayı 11-qədər azalacaq.

Qeyd olunan məsələ ilə bağlı “Gürcü Arzusunun” ofisində məsləhətləşmələr neçə gündür davam edirdi.