Mamuka Baxtadze - Natia Turnava ambisiyalı işlər görməli olacaq
Mamuka Baxtadze - Natia Turnava ambisiyalı işlər görməli olacaq

Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavayı təqdim etdi.

Mamuka Baxtadze qeyd etdi ki, yeni nazir çox ambisiyalı işlər həyata keçirəcək.

“Dünən qərar verdim ki, Giorgi Kobuliayı Natia Turnava əvəz edəcək. Giorgi Kobulia bütün əsas industriyal istiqamətlərdə inkişaf strategiyasını yarada bildi, indi isə, bizə biznesin və istehsalçıların maraqlarını qoruyan operativ rejimdə işləmək lazımdır və bu istiqamətdə Natia fəaliyyət göstərəcək.

Natia ilə 10 illik əməkdaşlıq təcrübəm var.  Natia ölkədəki sosiyal reallığı və cəmiyyətin sosiyal tələblərini çox yaxşı dərk edir. O çox qısa müddətlərdə, çox ambisiyalı qərarlar verməli olacaq. Əminəm ki, Natia öz işini müvəffəqiyyətlə yerinə yetirəcək” – dedi Mamuka Baxtadze.