Mamuka Baxtadze Münxendə Gürcüstanın NATO-ya inteqrasiyası məsələləri ilə bağlı dəyirmi masaya ev sahibliyi edəcək
Münxenin təhlükəsizlik konfransı çərçivəsində, Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstanın NATO-ya inteqrasiyası məsələləri ilə bağlı dəyirmi masaya ev sahibliyi edəcək.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tədbirə dəvət edilən yüksək ranqlı donaqlar Gürcüstanın Avro-inteqrasiya yolundaki nailiyyətləri və gələcək perspektivləri haqqında danışacaqlar.
Həmçinin, baş nazir Münxenin 55-ci təhlükəsizlik konfransında Şərq Avropada təhlükəsizlik məsələsi ilə bağlı diskussiyada iştirak edəcək.
Mamuka Baxtadze ilə bərabər diskussiyaya bir neçə ölkənin başçıları qoşulacaqlar.