Gürcüstanın baş naziri, Mamuka Baxtadze möminləri Qurban Bayramı münasibətilə təbrik etdi.
Mamuka Baxtadze Tbilisidə, Cümə Məscidində idi.
“Mənim üçün böyük şərəfdir ki, möminləri Qurban Bayramı münasibətilə təbrik edim. Ümid, sevgi və yoxsullara yardım bayramıdır. Gürcüstanın zənginliyi onun rəngarəngliyindədir.
Əsrlər boyunca bizim əcdadlarımız birgə ümumi vətənimizi qururdular. Bizim borcumuzdur ki, bu ənənəni gələcək nəsilə çatdıraq”, – Mamuka Baxtadze bəyan etdi.