Mamuka Baxtadze - millətimizin konsolidasiyası ilə, beynəlxalq həmdostluq ilə birlikdə ardıcıl siyasətlə, Gürcüstanın tam deokupasiyasına nail olacağıq
Avqust müharibəsindən 11 il keçdi, bu müharibə idi ki, onun nəticəsində Rusiya tərəfindən Gürcüstanın iki ayrılmaz bölgəsinin işğalı baş verdi, yüzlərcə gürcü kəndi məhv edildi və on minlərcə vətəndaş qaçqın düşdü, – Gürcüstanın baş naziri, Mamuka Baxtadze avqust müharibəsinin 11 illiyinə sosoial şəbəkədə bu cür əks səda verir.
“Yüzlərcə vətəndaşımız, o cümlədən dinc vətəndaşların həyatı bu müharibənin qurbanı oldu və bu müharibə sağalmaz yara saxladı.
İstənilən hakimiyyətin ali məqsədidir ki, öz vətəndaşlarının həyatını qorusun, sülhü təmin etsin.
Təəssüflər olsun ki, o zamanki hakimiyyət bunu etmədi. Millətimizin konsolidasiyası ilə, beynəlxalq həmdostluq ilə birlikdə ardıcıl siyasətlə, Gürcüstanın tam deokupasiyasına nail olacağıq”, – Mamuka Baxtadze yazır.