Mamuka Baxtadze - Məsuliyyətsiz siyasi qüvvələr tərəfindən yalan məlumatlar yayılır ki, güya Gürcüstan qərb siyasətinin gündəmində yer almır
“Məsuliyyətsiz siyasi qüvvələr tərəfindən yalan məlumatlar yayılır ki, güya Gürcüstan qərb siyasətinin gündəmində yer almır və güya biz radarlardan silinmişik, ancaq bu yalandır”, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze hökümət iclasında verdi.
Mamuka Baxtadzenin dediyinə görə, bir neçə gün bundan öncə Gürcüstana NATO-nun baş katibi Yens Stoltenberq gəldi və Gürcüstana dost olduğunu bildirdi.
“Buna paralel olaraq isə, biz yenə də məsuliyyətsiz siyasi qüvvələrdən yalan məlumatlar eşidirik” – dedi baş nazir.
Onun dediyinə görə, gələn həftə Vaşinqtonda NATO-nun Xarici İşlər Ministerialı planlaşdırılıb, hansında əsas müzakirə mövzularından biri Qara Dəniz və Gürcüstan olacaq.
Mamuka Baxtadze Avropa İttifaqı ilə vizasız gediş-gəliş haqqında da danışdı.
“Bu ölkəmizin tarixi qələbəsi idi. Bugün isə, Strasburqda Avropa İttifaqı-Gürcüstan arasında parlament asosiasiya komitəsinin iclası leçirilir və əminəm ki, orada da Gürcüstan üçün müsbət dəyərləndirmələr eşidəcəyik” – dedi Baxtadze.