Mamuka Baxtadze kurort infrastrukturunun qaydaya salınması üçün məsuliyyət daşıyan insanlara xəbərdarlıq etdi
Mamuka Baxtadze kurort infrastrukturunun qaydaya salınması üçün məsuliyyət daşıyan insanlara xəbərdarlıq etdi

Gürcüstanın baş naziri Mamuka Baxtadze kurort infrastrukturunun qaydaya salınması üçün məsuliyyət daşıyan insanlara son dəfə xəbərdarlıq etdi..

Hökümət iclası başlamadan öncə keçirdiyi brifinqdə  baş nazir bəyan etdi ki, Gürcüstan kurortlarındaki, turistləri qəbul etmə hazırlığı ilə çox narazıdır.

“Mən daha öncə də bəyan etmişdim ki, yay kurortlarının vəziyyəti ilə razayıq və hətta qış sezonunda Bakuriani və Qudauridəki vəziyyətlə də razı deyildik. Turistlərin sayının artığını bilirik, ancaq bu demək deyil ki, kurort turist axını qəbul etməyə hazır olmamalıdır. Bütün bunlardan sonra, Gürcüstanda turizm infrastrukturuna qoşulan insanlara son dəfə xəbərdarlıq edirəm ki, belə davam edə bilməz” – dedi Mamuka Baxtadze.

Baxtadze konkret olaraq, hərhansı bir idarəyi suçlamadı, ancaq qeyd etdi ki, onun bəyanatı kü\urortların normal səviyyədə hazırlığı üçün bilavasitə cavabdeh olan idarələrə aiddir.

 

“Ümid edirəm ki, heç olmasa qış kurortlarında bu il turistləri lazımı səviyyədə hazırlıqlı qarşılaya biləcəyik” – dedi baş nazir.