Mamuka Baxtadze - Kobi-Qudauri kanat yolu tarixi əhəmiyyət daşıyan unikal bir layihədir
Kobi-Qudauri kanat yolu tarixi əhəmiyyət daşıyan unikal bir layihədir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Qudauri-Kobi kanat yolunun açlışında verdi.
Onun dediyinə görə, qeyd olunan layihənin Kobi, Qudauri və Kazbegi əhalisi üçün həyati əhəmiyyəti var.
Baş nazir layihənin açılışında Regional İnkişaf və İnfrastruktur Nazirliyinə və layihəyi həyata keçirən şirkətə xüsusi təşəkkürünü bildirdi.
Mamuka Baxtadze “Poma” şirkətinin bütün injinerlərinə və texnoloqlarına da belə qısa müddətdə qeyd olunan layihənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün təşəkkür etdi.
“Bu layihənin realizasiyasında iştirak edən hərkəsə təşəkkür edirəm. İnanıram ki, Gürcüstan dünya xəritəsində öz yerini ən müvəffəqiyyətli qış xizək kurortu olaraq təsdiqləyəcək” – dedi baş nazir.