Mamuka Baxtadze - Çox borcluluq nəticəsində yaranan problemlərə görə, iqtisadi olaraq, fəal əhalinin 30 faizi "qara siyahıdadır"
Əhalidə çox borcluluq yoxsulluğu yayan mənbələrdən biridir, – bu bəyanatı Maliyyə Naziri Mamuka Baxtadze bugün medya üçün keçirilən təqdimatda verdi.
Təqdimatda Mamuka Baxtadze maliyyə sektorunda planlaşdırılan yeni islahatların təfərrüatları haqqında danışdı.
Onun bəyanatına görə, çox borcluluq əhalinin idarə ediləcək gəlirlərini azaldır.
“Bugün ölkədə iqtisadi olaraq fəal vətəndaşların təqribən 30% “qara siyahıya” daxil edilib və bu ölkə iqtiosadiyyatı üçün praktiki olaraq, itmiş resursdur. Bunun nəticələrini artıq görürük. Təqribən 630 min insan, fəal işçi qüvvə olmaq imkanından məhrum edilib.
Əksər zamanlarda elə bir kredit moddeləri istifadə olunur, hansının heç bir iqtisadi dəyəri yoxdur. Xüsusi ilə də söhbət yüksək faizli istifadəçi kreditlərinin faiz dərəcəsindən gedir” – dedi Maliyyə naziri.
Maliyyə naziri qeyd etdi ki, çox borcluluq istifaçi hüquqlarının pozulmasını da nəzərdə tutur.
Nazirin dediyin görə, yeni ədalətli qaydalar tətbiq etməklə, ölkədə yoxsulluğu yaradan faktorlardan biri həll olunacaq.
Mamuka Baxtadzenin bugün təqdim etdiyi qaydalar – mikromaliyyə təşkilatlarına, lombardlara və özəl borc verənlərə və hüquqi şəxslərə aid olacaq.