Mamuka Baxtadze - Əminəm ki, beynəlxalq dostluğun yardımı ilə, sülh təşəbbüsümüzü həyata keçirməyə başlaya biləcəyik
Sülh təşəbbüsümüzün ABŞ iqtidarı, Avropa İttifaqı və partnyor ölkələrimiz tərəfindən 100 faizlik dəstəyi var, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə mövzuyu şərhləndirərkən verdi.
Ölkə başçısının dediyinə görə, bu təşəbbüs bizə işğal altında olan ərazilərdəki depopulyasiya prosesini dayandırmağa imkan verəcək.
“Mən bugün BMT-nin tribunasından birbaşa bəyan etdim ki, işğal altında olan ərazilərimizdə mövcud olan vəziyyət humanitar fəlakətdir.
Bizim bu fəlakəti necə dayandıracağımız və orada yaşayan vətəndaşlarımızla dialoq qurmaq üçün gərəkən platformanın yaradılması ilə bağlı müəyyən təşəbbüslərimiz var. Bu çox önəmli bir təşəbbüsdür və əminəm ki, beynəlxalq dostluğun yardımı ilə, sülh təşəbbüsümüzü həyata keçirə biləcəyik” – dedi baş nazir.
Xatırladaq ki, Gürcüstanın baş naziri BMT-nin Baş Assambleyasında nitqlə gürcü dilində çıxış etdi.