Mamuka Baxtadze - İslahatların yeganə məqsədi - insanlar üçün ləyaqətli həyat şəraitləri yaratmaq olmalıdır
Mamuka Baxtadze - İslahatların yeganə məqsədi - insanlar üçün ləyaqətli həyat şəraitləri yaratmaq olmalıdır

İslahatların yeganə məqsədi insanlar üçün ləyaqətli həya şəraiti yaratmaqdır, – bu barədə Gürcüstanın baş nazir namizədi Mamuka Baxtadze parlamentin növbədənkənar iclasında nitqlə çıxış edən zaman verdi.

Mamuka Baxtadze parlament əksəriyyətinə ona göstərdiyi etimada görə təşəkkür etdi və qeyd etdi ki, bu etimadı doğrultmaq üçün əlindən gələni edəcək.

“Fürsətdən istifadə edib,  Gürcüstanın addım-addım irəliləşməsi üçün məndən əvvəl baş nazir vəzifəsində çalışan şəxslərə, təşəkkürümü bildirmək istəyirəm. Bizim üçün ən əsas dəyər insan və ona layiqli həyat şərtləri yaratmaqdır. Həyata keçirdiyimiz islahatların yeganə məqsədi də məhz bu dəyər olacaq.

Biz mövcud olan problemləri qəbul etməkdən baş qaçırdmayacağıq və ölkədəki yoxsulluğun aradan qaldırılması üçün konkret planımız var” – dedi Mamuka Baxtadze.