Mamuka Baxtadze - İqtisadi artış göstəriciləri ilə Gürcüstan regionda lider olacaq
Parlamentdə 2018-ci ilin dövlət büdcəsi layihəsini təqdim edərkən, Maliyyə naziri Mamuka Baxtadze ölkə iqtisadiyyatının artış göstəriciləri haqqında danışdı və 2017-ci ilin ilk 10 ayının ilkin dəyərləndirilməsinə görə, Gürcüstan iqtisadiyyatının 4.9 faizlə artdığını bəyan etdi.
“Bu cari il üçün, bizim proqnozlaşdırdığımız bir rəqəmdir. Bundan sonraki iqtisadi artış ilə bağlı gözləntilərimiz daha böyükdür. Bizim ehtimalımızı Beynəlxalq Valyuta Fondu da təsdiqləyir. Həyata keçirdiyimiz islahatlar nəticəsində, iqtisadiyyatımızın tam transformasiyası baş tutacaq və bu da vətəndaşlarımızın yaşam keyfiyyətində mütləq əks olunacaq” – dedi Baxtadze.