Mamuka Baxtadze - İqtisadi artımın 7,5-ə qədər yüksəlməsi onun təsdiqidir ki, iqtidar doğru iqtisadi siyasət aparır
Mamuka Baxtadze - İqtisadi artımın 7,5-ə qədər yüksəlməsi onun təsdiqidir ki, iqtidar doğru iqtisadi siyasət aparır

Gürcüstanın Milli Statistika departamenti yeni göstəricilərini yaydı və onlara əsasən, may ayında Gürcüstanın iqtisadi artımı 7,5 faizə çatdı, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze bugün keçirilən mətbuat konfransında verdi.

Mamuka Baxtadzenin bəyan etdiyinə görə, statistika göstəricisi onun təsdiqidir ki, iqtidar doğru iqtisadi siyasət aparır.

“Bu göstəricilər onun təsdiqidir ki, həyata keçirdiyimiz islahatlar elə ortam yaradır, harda iqtisadi artım templəri mütləq tezləşdiriləcək.

Qeyd etmək istəyirəm ki, iqtisadi artımın keyfiyyətli effekti yaxşılaşdırılıb. Burada ilk növbədə ixracatın artmasına toxunmaq istəyirəm, hansı ki, keçən il ilə müqayisədə 50% ilə artıb və bu iqtisadi artımı şərtləndirən əsas faktorlardan biri olub” – dedi Mamuka Baxtadze.