Mamuka Baxtadze - heç kim düşünməsin ki, həddindən artıq borc probleminin həlli və yeni, ədalətli oyun qaydalarının müəyyənləşdirilməsi üçün kimsə geri çəkiləcək
Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, islahatların həyata keçirilməsində, heç kim düşünməsin ki, həddindən artıq borc probleminin həlli və yeni, ədalətli oyun qaydalarının müəyyənləşdirilməsi üçün kimsə geri çəkiləcək. Bunu çox sürətlə və çox prinsipal edəcəyik, – bu barədə Gürcüstanın Maliyyə naziri Mamuka Baxtadze Facebook-live zamanı bəyan etdi.
Mamuka Baxtadzenin qeyd etdiyinə görə, yaxın günlərdə ictimaiyyət daha bir önəmli addım haqqında, Gürcüstanda həddindən artıq borc probleminin həllinə aid olan məlumat alacaq.
“Biz kiçik və orta biznesə imkanların yaradılması barəsində söhbət edəndə, bu ayrıca islahatdır, buna ayrıca hüquqi zərf və vergi təşəbbüsünün hazırlanması lazımdır. Həddindən artıq borcun olması başqa istiqamətdir və başqa hüquqi mexanizmlər istifadə olunmalıdır. Yekun nəticədə, bütün islahatlar bir məqsədə – Gürcüstanda yoxsulluğun aradan qaldırılmasına xidmət edir. Müvafiq olaraq bu islahatlar bir bir ilə bağlıdır”,- Mamuka Baxtadze bəyan etdi.