Mamuka Baxtadze - Heç istəmirəm ki, Gürcüstanda sadəcə "elitar" və prestijli məktəblər görəm
“Heç istəmirəm ki, Gürcüstanda sadəcə “elitar” və prestijli məktəblər görəm”, – bu bəyanatı baş nazir Mamuka Baxtadze Təhsil İslahatlarının yekunlaşdırıcı təqdimatında verdi.
Onun dediyinə görə, Gürcüstanda bütün məktəblər müvəffəqiyyətli və yüksək keyfiyyətli olmalıdır.
Baş nazirin dediyinə görə, yeni islahatlarda müəllimin yeri və onun ictimai statusu əsas prioritet olacaq.
“İlk öncə, müəllimlərin maaşları adekvat olacaq. Xüsusi diqqət tələb edən şagirdlərin təhsil aldığı inkluziv məktəblərin müəllimlərinə də xüsusi diqqət yetiriləcək. Həmçinin, böyük diqqət regionlara yetiriləcək” – dedi baş nazir.