Mamuka Baxtadze - Gürcüstanın sivilizasiya seçimidir ki, mütləq Avropa və Avro-atlantik ailənin tam hüquqlu üzvü olsun
Gürcüstanın sivilizasiya seçimidir ki, mütləq Avropa və Avro-atlantik ailənin tam hüquqlu üzvü olsun və ictimaiyyətimizin böyük hissəsi bunu dəstəkləyir, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze jurnalistlərə verdi.
Mamuka Baxtadze qeyd etdi ki, Gürcüstanın inteqrasiya yolunda daha da müvəffəqiyyətli olması üçün bütün qrupların bu prosesə qoşulması çox əhəmiyyətlidir.
“Bugün gənclərlə, Gürcüstanın pravoslav kilsəsinin nümayəndələri və digər dini liderlərlə görüşdüm və deyə bilərəm ki, bugünki gün onun nümunəsidir ki, hamımız eyni mövqedəyik. “Gürcüstan Avropa ailəsində” adlı layihəyi salamlayıram və bununla bağlı əhaliyə daha çox məlumatın verilməsinin tərəfdarıyam” – dedi Mamuka Baxtadze.
Hökümət başçısı bugün “Gürcüstan Avropa ailəsində” adlı layihəsinin təqdimatında iştirak etdi.
Layihə iki illikdir və onun məqsədi Gürcüstanın Avropa və Avro-atlantik inteqrasiya prosesinə müxtəlif dini birləşmələrinin və Gürcüstan patriarxlığının tabeliyində olan müəssisələrin qoşulmasını və məlumatlaşdırılmasını nəzərdə tutur.