Mamuka Baxtadze - Gürcüstanın nadir şansı var ki, qlobal bazarda orqanik məhsulun istehsalçısı kimi yerini tədbiq etsin
Mamuka Baxtadze - Gürcüstanın nadir şansı var ki, qlobal bazarda orqanik məhsulun istehsalçısı kimi yerini tədbiq etsin

Dünyada bioloji baxımından təmiz məhsula tələbat artır və Gürcüstanın nadir şansı var ki, qlobal bazarda orqanik məhsulun istehsalçısı kimi yerini tədbiq etsin, – bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keyfiyyət nişanının təqdimatında bəyan etdi. Hökumət başçısı keyfiyyət nişanının məhsula qarşı etimadın artması əhəmiyyətindən danışdı və qeyd etdi ki, ona sahib olmaq satışlar göstəricisini yaxşılaşdıracaq və istehsalçıların ixracat bazarına çıxmalarını asanlaşdıracaq.

Baş nazirin bəyan etdiyinə görə, hökumətin iqtisadi siyasətinin əsas prioritetlərindən biri, kənd təsərrüfatı bölməsinin rəqabət qabiliyyətinin artırılmasıdır. Mamuka Baxtadzenin məlumatına görə, hökumət orqanik məhsulu istehsal edn istehsalçıları mərhələ şəklində vergilərdən tamamilə azad edəcək.

Mamuka Baxtadze hesab edir ki, bənzər addımlar Gürcüstanda yeni kiçik müəssisələrin yaradılmasını həvəsləndirəcək.

Keyfiyyət nişanının təqdimatı Mtasminda Parkında, çay və bal festivalı çərçivəsində keçirildi.