Mamuka Baxtadze - Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Belarus xalqına təşəkkür edirəm, gürcü xalqı bunu heç vaxt unutmayacaq
“Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin prinsipal dəstəyi üçün dost ölkəmizə xüsusi ilə təşəkkür etmək istəyirəm, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Belarus Respublikasının baş naziri ilə görüşdən sonra verdi.
Dövlət başçısının dediyinə görə, Gürcüstan sülh siyasətinə sadiqdir və sadəcə barış və sülh təşəbbüsünə arxalanır.
“Fürsətdən istifadə edib, dost belarus xalqına Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi üçün təşəkkür etmək istəyirəm. Gürcü xalqı bunu heç vaxt unutmayacaq” – dedi Mamuka Baxtadze.