Mamuka Baxtadze - Gürcüstana aşağı standartları olan maşınların idxalı qadağan ediləcək, texniki yoxlanış tələbləri isə, sərtləşdiriləcək
Mamuka Baxtadze - Gürcüstana aşağı standartları olan maşınların idxalı qadağan ediləcək, texniki yoxlanış tələbləri isə, sərtləşdiriləcək

Hər birimiz bilirik ki, ekologiya ölkəmizin qarşısında duran əsas çağırışlardan biridir, – bu bəyanatı bugün keçirdiyi brifinqdə baş nazir Mamuka Baxtadze verdi.

Onun dediyinə görə, bu məsələni həll edilməsi ilə bağlı, iqtidar yeni təşəbbüslər hazırladı, hansı ki, qısa müddətdə ekologiya istiqamətində çox əhəmiyyətli nəticələr verəcək.

Baxtadzenin qeyd etdiyinə görə, bundan sonra Gürcüstana aşağı standartlı avtomobillərin idxalı qadağan ediləcək və eyni zamanda, texniki yoxlanış tələbləri sərtləşdiriləcək.

“İlk növbədə söhbət benzin keyfiyyətindən gedir. Bildirmək istəyirəm ki, bundan sonra, Gürcüstana aşağı səviyyəli avtomobillər gətirilməyəcək. Bununla yanaşı, ictimai nəqliyyat vasitələri tamamən dəyişdiriləcək. Sarı avtobuslar artıq olmayacaq.

Bununla bağlı, Tbilisi meriyası ilə bərabər birgə strategiya üzərində işləyirik və iyulun sonuna qədər genişmiqyaslı layihənin təqdimatını keçirəcəyik” – dedi Mamuka Baxtadze.