Mamuka Baxtadze - Gürcüstan üçün vizaliberalizasiyanın dayandırılacağı ilə bağlı söhbət əsassızdır
Gürcüstanın hər bir vətəndaşı əldə etdiyimiz bu nailiyyətə – vizaliberalizasiyaya xüsusi məsuliyyətlə yanaşmalıdır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze vizaliberalizasiyanın dayandırılma təhlükəsi haqqında çıxan xəbərləri şərhləndirərkən verdi.
Onun dediyinə görə, Gürcüstan üçün vizaliberalizasiyanın dayandırılacağı ilə bağlı söhbətlər əsassızdır.
“Əlbəttə ki, bu doğru deyil. Bu da digərləri kimi, ajiotajın yaradılması məqsədi ilə yayılan şaiələrdir. Vizaliberalizasiya kiminsə nailiyyəti deyil, o Gürcüstan dövlətinin nailiyyətidir və onu hər birimiz qorumalıyıq” – dedi Mamuka Baxtadze.