Mamuka Baxtadze - Gürcüstan ilk ölkə olacaq ki, ən qısa zamanda öz avtoparkını elektrik avtomobillərlə əvəz edəcək
Gürcüstan hakimiyyəti plan işləyib hazırladı ki, buna da əsasən növbəti 10 il ərzində ölkədə fəaliyyət göstərən avtoparkın 90 faizi elektrik avtomobillərlə əvəz ediləcək, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “yaşıl siyasət” təşəbbüsünün birinci mərhələsinin, “yaşıl siyasət – ekonəqliyyat”-ın təqdimatında bəyan etdi.
Onun dediyinə görə, Gürcüstan ilk ölkə olacaq ki, ən qısa zamanda öz avtoparkını elektrik avtomobillərlə əvəz edəcək.
“Bu çox ambisiyalı plandır, lakin eyni zamanda Gürcüstana böyük üstünlük gətirəcək. Elektriknəqliyyata böyük üstünlük verdik. Dövlət rüsumu faktiki olaraq sıfıra endirildi, gələcəkdə fərqi daha da artıracağıq”, – Mamuka Baxtadze bəyan etdi.
Elə onun dediyinə görə, xüsusi lizinq sxemi də işə düşəcək.
Gürcüstanın baş naziri, Mamuka Baxtadze “yaşıl siyasət” təşəbbüsünün birinci mərhələsinin, “yaşıl siyasət – ekonəqliyyat”-ın təqdimatını Kocoridə etdi. Təqdimatda hökumət üzvləri, diplomatlar və başqa qonaqlar iştirak edirdilər.