Mamuka Baxtadze - Gürcüstan bu ağır vəziyyətində Venesuelanın yanındadır
Gürcüstan Venesuelanın ağır siyasi vəziyyətində onun yanındadır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze sosiyal şəbəkə “Tvitterdə” yazıb.
“Venesuela dəhşətli bir xaos və humanitar krizis içindədir. Dinc əhaliyə humanitar yardım almağa imkan verilməlidir və onlara qarşı zorakılıq dayandırılmalıdır. Gürcüstan bu ağır zamanında Venesuelanın yanındadır” – yazır baş nazir.