Mamuka Baxtadze - Gürcü diplomu Avropada qəbul ediləcək və bu da deməkdir ki, tələbələrimiz öz vətənlərində Avropa keyfiyyətli təhsil ala biləcəklər
Mamuka Baxtadze - Gürcü diplomu Avropada qəbul ediləcək və bu da deməkdir ki, tələbələrimiz öz vətənlərində Avropa keyfiyyətli təhsil ala biləcəklər

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin dediyinə görə, gürcü diplomlarının Avropada qəbul edilməsi tarixi qələbə və müvəffəqiyyətdir.

“Gürcü diplomu Avropada qəbul ediləcək və bu da deməkdir ki, tələbələrimiz öz vətənlərində Avropa keyfiyyətli təhsil ala biləcəklər və təhsil almaq üçün dünyanın müxtəlif universitetlərinə getmək zorunda olmayacaqlar. Dövlət strategiyamız odur ki, Gürcüstanı regionun təhsil mərkəzinə çevirək” – dedi baş nazir.

Baş nazir qeyd etdi ki, indiyə qədər təhsilə bir sektor olaraq, ən az maliyyə ayrılırdı.

“Gürcüstanda son on ildəki vəziyyəti nəzərə alsaq, məlumdur ki, təhsil sahəsində yaranan problemlərin səbəbi odur ki, bir sektor olaraq, təhsil sahəsinə ən az maliyyə resursları ayrılırdı və az diqqət yetirilirdi. Əgər hansısa sektoru prioritet kimi qəbul ediriksə, ona büdcədə də prioritet verilməlidir” – dedi baş nazir.