Mamuka Baxtadze - Qərar verildi ki, Müdafiyə Nazirliyinin maliyyələşdirilməsi hər il ölkənin tam daxili məhsulunun 2% olsun
Mamuka Baxtadze - Qərar verildi ki, Müdafiyə Nazirliyinin maliyyələşdirilməsi hər il ölkənin tam daxili məhsulunun 2% olsun

Qərar verildi ki, Müdafiyə Nazirliyinin maliyyələşdirilməsi hər il ölkənin tam daxili məhsulunun 2% olsun, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze parlamentdə çıxış edərkən verdi.

Mamuka Baxtadze parlamentdə hökümət proqramını təqdim edərkən, əsas diqqəti hökümətin müdafiyə siyasətinə yetirdi.

“İlk növbədə diqqətimizi total müdafiyə konsepsiyasına yetiririk və bu haqda üç həftə bundan öncə bəhs etmşdim. Bu konsepsiya hərbi rezervin formalaşdırılmasını nəzərdə tutur və bunun pilot layihəsi cari il həyata keçiriləcək.  Həmçinin, hərbi sənaye kompleksimiz yaradılacaq, harda bizim yaxşı potensialımız var. Qərar verildi ki, Müdafiyə Nazirliyinin maliyyələşdirilməsi hər il ölkənin tam daxili məhsulunun 2% olsun” – dedi Mamuka Baxtadze.

Parlamentdə növbədənkənar iclas formatında struktur və personal şəklində yeniləşdirilmiş hökümət tərkibini və proqramını Mamuka Baxtadze təqdim etdi.