Mamuka Baxtadze - Frankfurt kitab bazarının fəxri qonağı olmaq millətim və mədəniyyətim üçün həqiqətən də önəmli hadisədir
Mamuka Baxtadze - Frankfurt kitab bazarının fəxri qonağı olmaq millətim və mədəniyyətim üçün həqiqətən də önəmli hadisədir
Bu gün Gürcüstan öz avropalı ailəsinə geri qayıdır – onun tamhüquqlu üzvü kimi deyil, Frankfurt kitab bazarının fəxri qonağı kimi; tam şəkildə deyə bilərəm ki, Frankfurt kitab bazarının fəxri qonağı olmaq millətim və mədəniyyətim üçün həqiqətən də önəmli hadisədir, – bu sözlərlə Mamuka Baxtadze tədbirin iştirakçılarına müraciət etdi.

Hökümət rəhbəri Gürcüstanın zəngin və rəngarəng mədəniyyətini vurğuladı və ölkəmizin Avropa sivilizasiyasındakı mühüm roluna toxundu.

“Gürcüstan mübahisəsiz ki, maraqlı yerdir. dünya hər gün dəyişir. Çağırış və maneələrlə dolu bir mühitdə yaşamağa məcbur qalırıq və kimsə eyə bilərki onların həlli hərbi güc və iqtisadi berketlərlə mümkündür. Lakin, xatırlatmaq istəyirəm ki, tarixdə istisnalar da mövcuddur və Gürcüstan da həmin siyahıya aiddir. Bununla çox qürur duyuruq. Hazırda çox emosionalıq. Hər bir Gürcüstanlının həyatında çox önəmli bir gündür, çünki bizə şans verildi ki, Gürcüstanın ümumi Avropa sivilizasiyasında olan rolu haqa sizlərə məlumat verim. Bu bizim üçün çox önəmlidir. Kitab sərgisində də gördüyümüz kimi, tədbirlərin əsası gürcü mətbəxi və gürcü şərabıdır. Onun hazırlanması ənənəsi bizdə 8000 illik tarixi sayır. Mənim fikrimcə tədbirlərin əsası təbii ki, də gürcü ədəbiyyatıdır və bizə imkan verildi ki, onu sizlərə təqdim edək”, – Mamuka Baxtadze qonaqlara müraciət etdi.

Baş nazirin keçirdiyi görüşdə Frakfurt kitab bazarının direktoru İurqen Bos, Almaniyalı Nəşriyyatçılar Assosiyasiyasının prezidenti Hainrix Ritmuller, Gürcüstan deleqasiyasının üzvləri, Frankfurt kitab bazarının qonaqları və gürcü müəllifləri iştirak edirdilər.