Mamuka Baxtadze - "Fitch" reytinqində Gürcüstanın irəliləyişi, ölkənin əsas çağırışının, yoxsulluğun aradan qaldırılmasına birbaşa təsir edəcək
“Fitch” reytinqində irəliləyiş Gürcüstana qarşı beynəlxalq institutların və ümumiyyətlə, sərmayədarların etimadını daha da gücləndirir, – bu barədə baş nazir, Mamuka Baxtadze brifinqdə bəyan etdi.
O, ictimaiyyəti “Fitch” reytinqində Gürcüstanın irəliləyişi ilə təbrik etdi və bunun ölkənin iqtisadiyyatında nə cür əks olunacağını açıqladı.
Onun dəyərləndirməsinə görə, reytinqdə irəliləyiş birmənalı dəstəkdir ki, Gürcüstan hökuməti düzgün isqtisadi siyasətini həyata keçirir.
“Reytinqində irəliləyiş Gürcüstana qarşı beynəlxalq institutların və ümumiyyətlə, sərmayədarların etimadını daha da gücləndirir. Bu, ölkənin biznes mühitində müsbət əks olunacaqdır və ən əsası, ölkənin əsas çağırışının, yoxsulluğun aradan qaldırılmasına birbaşa təsir göstərəcək”, – baş nazir qeyd etdi.