Mamuka Baxtadze - Əgər Qara Dəniz regionunda sabitlik olmasa, Avropada da stabil sabitlik haqqında danışa bilmərik
Mamuka Baxtadze - Əgər Qara Dəniz regionunda sabitlik olmasa, Avropada da stabil sabitlik haqqında danışa bilmərik

“Əgər Qara Dəniz regionunda sabitlik olmasa, Avropada da stabil sabitlik haqqında danışa bilmərik” –  bu bəyanatı Mamuka Baxtadze Münxenin Təhlükəsizlik konfransında, Şərq Avropanın təhlükəsizliyi məsələləri ilə bağlı keçirilən diskussiya zamanı verdi.

“Düşünürəm ki, Gürcüstana qarşı 2008-ci ildə edilən aqressiya və daha sonra Krımda baş verən hadisələr Qara Dəniz regionunda təhlükəsizliyə və sabitliyə ciddi zərbə vurdu.

Bugün sadəcə Gürcüstan və Ukrayna deyil, bütün region böyük təhlükə altındadır.

Mənim fikrimcə, Qara Dəniz regionunda təhlükəsizlik və sabitlik olmasa, o Avropada da olmayacaq. Düşünürəm ki, Münxen konfransı həqiqətən də çox önəmlidir, çünki burada qüvvələrimizin konsolidasiyası haqqında razılaşıb, gələcək planlarımız haqqında optimist bir xasiyyətə gələ bilərik” – dedi Mamuka Baxtadze.

Onun dediyinə görə, Qara Dəniz regionu Avropa və NATO üçün əsas prioritet halına gəlir və bu irəli atılmış bir addımdır.