Mamuka Baxtadze - dəniz sahəsində şirkətlər faktiki olaraq vergisiz rejimdə işləyə biləcəklər
Acara hakimiyyəti ilə birlikdə çox önəmli təşəbbüs üzərində işləyirik ki, bunun da vasitəsi ilə, artıq gələn ildən dəniz ticarəti ilə məşğul olan şirkətlərə əhəmiyyətli vergi güzəştlərini verəcəyik, – bu barədə baş nazir, Mamuka Baxtadze Batumidə keçirilən beynəlxalq dəniz forumunda nitqlə çıxış edərkən bəyan etdi.
“Bu, həqiqətən bənzərsiz imkandır. Bu gün bir neçə prinsipi səsləndirə bilərəm – dəniz sahəsində şirkətlər faktiki olaraq vergisiz rejimdə işləyə biləcəklər, onlar üçün bənzərsiz elektron servislər əlyetərli olacaq, çox rahat mühitdə rekrutlaşdırmanı bacaracaqlar, eyni zamanda qanunvericiliyimizin beynəlxalq standartlarla hormonlaşdırılması baş verəcək və başqa”, – Mamuka Baxtadze qeyd etdi.