Mamuka Baxtadze - Daha effektiv anti-korrupsiya mexanizmlərini tətbiq etməyi planlaşdırırıq
Mamuka Baxtadze - Daha effektiv anti-korrupsiya mexanizmlərini tətbiq etməyi planlaşdırırıq

Daha effektiv anti-korrupsiya mexanizmlərini tətbiq etməyi planlaşdırırıq, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze “Açıq partnyorluq” qlobal sammitində nitqlə çıxış edərkən verdi.

Onun dediyinə görə, “Açıq partnyorluq” qlobal sammiti çərçivəsində, tədbirin xarici iştirakçıları Gürcüstan haqqında müxtəlif maraqlı məlumatlar alacaqlar.

“Ötən həftə parlamentdə bəyan etdik ki, ölkəmizin səviyyəsini daha yüksəyə qaldırmağı düşünürük və bu məqsədlə, vətəndaş cəmiyyəti ilə və QHT-lərlə daha sıx əməkdaşlıq edəcəyik və həmçinin, daha effektiv anti-korrupsiya mexanizmlərini tətbiq edəcəyiq” – dedi Mamuka Baxtadze.

OGP (Açıq partnyorluq) qlobal sammiti Filarmoniyada keçirilir və onda 70-dən artıq ölkənin nümayəndələri iştirak edirlər.

Sammitin açılışında tədbir iştirakçılarına dünyanın ən inkişaf etmiş humanoid robotu Sofia nitqlə müraciət edəcək.