Gürcüstanın baş-naziri Mamuka Baxtadzenin Brüsselə səfəri davam edir.
Bugün Mamuka Baxtadze Avropa qonşuluq siyasəti və genişləndirilməsi məsələləri üzrə avrokomisar Yohannes Han ilə görüşəcək.
Belçika Krallığında və Lüksemburqda Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Natali Sabanadzenin bəyanatına görə, görüşdə bir neçə əsas məsələ müzakirə ediləcək.
Bununla yanaşı, Sabanadzenin məlumatına görə, sentyabrda Yohannes Hanın Gürcüstanda Avropa Məktəbinin açılışı planlaşdırılır.