Mamuka Baxtadze - Biz öz azadlığını və demokratiyasını qoruyan Venesuela xalqının yanındayıq
Venesuelada baş verən hadisələrə Gürcüstanın baş naziri Mamuka Baxtadze səslənir.
“Biz öz azadlığını və demokratiyasını qoruyan Venesuela xalqının yanındayıq” – yazır Mamuka Baxtadze sosiyal şəbəkə “Tvitterdə”.
Venesuelanın müvəqqəti prezidenti Xuan Quaido Nikolas Maduroya qarşı mübarizənin son fazasına keçdiyi haqqında bəyanat verdi və əsgərin ona dəstək olması üçün müraciət etdi.
Xuan Quaidonun bəyanatından sonra, paytaxtda aksiyalar başladı.
Tərəflər arasında mübarizə bu vaxta qədər davam edir.
Qərb medyasının məlumatına görə, qarşıdurma nəticəsində, zərər görənlər də var.
Xuan Quaidonun legitimliyini Gürcüstan da elan edir.