Mamuka Baxtadze - Birgə ailəmiz olan Avropa ilə birləşmək üçün ən yaxın yol məhz təhsil və mədəniyyətdir
Gürcüstanın qarşısında olan bütün çağırışların üstəsindən gəlməyimiz üçün ən qısa yol təhsil və mədəniyyətdir, – Bu barədə bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində, Avropa Akademiyasının Tbilisi Regional mərkəzinin açılış mərasimində verdi.
Baş nazir mərkəzin açılışına qatqısı olan hərkəsə təşəkkür etdi. O həmçinin, təhsil sahəsinin islahatı və maliyyələşdirilməsi haqqında da danışdı.
“Biz öz tariximizlə və məhz təhsil və mədəniyyətə əsaslanan böyük keçmişimizlə fəxr edirik. Milli ideyamız da məhz təhsildir” – dedi Mamuka Baxtadze.
Onun dediyinə görə, Avropa ailəsinə qayıtmaq sadəcə siyasi seçim deyil.
“Hər zaman deyirdim və bugün də təkrar edirəm ki, Gürcüstan mütləq öz Avropa ailəsinə qayıtmalıdır və bu sadəcə siyasi seçim deyil. Bu sivilizasiya və dəyərlərə əsaslanan seçimdir və bugün ki gün bunun ən bariz nümunəsidir. Biz məhz təhsil və mədəniyyətlə ailəmizə qayıtmağı düşünürük” – dedi Mamuka Baxtadze.