Mamuka Baxtadze - Hər bir yanğın söndürən bizim üçün həqiqi qəhramandır
Fövqəladə Hallar İdarəsi Xidmətinin inkişafına xüsusi diqqət yetirirəm. Biz bu idarənin büdcəsini artırdıq və 2020-ci ildə yanğın söndürmə xidmətinə yeni maşınlar veriləcək, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze xilas etmə xidmətinin əməkdaşları ilə iqtidar administrasiyasında görüş zamanı verdi.
Mamuka Baxtadze Poniçalada baş verən faciədən sonra hadisə yerində işləyən xilas edicilərə xüsusi ilə təşəkkür etdi və faciədə həlak olanların ailəsinə baş sağlığı verdi.
Görüşdə Fövqəladə Hallar İdarəsi Xidmətini rəhbəri Şalva Xutsişvili də iştirak edirdi.