Mamuka Baxtadze bəyan edir ki, bankların "qara siyahısında" olan vətəndaşların məsələsi ilə bağlı, payız aylarında maraqlı təqdimat keçiriləcək
“Banların qara siyahısında olan və bunun üçün iqtisadi fəaliyyətə qoşula bilməyən vətəndaşların məsələsi ilə bağlı intensiv müzakirə aparılır” – bu barədə bəyanatı baş nazir Mamuka Baxtadze hökümət iclası başa çatana qədər keçirilən brifinqdə müvafiq sualın cavabı olaraq verdi.
O ümid bildirdi ki, bu istiqamətdə payız aylarında maraqlı təkliflər təqdim ediləcək.
Bununla yanaşı, cari ilin sentyabrın 1-dən kredin-informasiya bürosu milli bankın nəzarəti altına keçir. Kredit tarixinin qaydaları dəyişdirilir və “neqativ status” dəyişirilir.
Maliyyə təşkilatları isə, sadəcə müştərinin hazırki, yəni faktiki göstəricilərinə müvafiq şəkildə davranacaqlar.