Gürcüstanın Maliyyə naziri, Mamuka Baxtadze bu gün kommersiya banklarının nümayəndələri ilə görüşəcək.
Görüşün əsas mövzularından biri startaplar proqramlarının həyata keçirilməsi olacaq. Biznesə yeni başlayan iş adamları üçün hökumət vəsaitlərin cəlb edilməsini donor təşkilatlardan və büdcədən planlaşdırır.
Bu prossesdə bankarın rolu nə olacaq, bu məsələ barəsində Maliyyə naziri bank sektorunun nümayəndələri ilə müzakirə aparacaq.
Görüş Maliyyə Nazirliyində saat 12:30-da başlayacaq.