Mamuka Baxtadze - Avropa Şurası idman ministerialı bizə imkan verir ki, ümumi Avropa əməkdaşlığının dərinləşdirilməsi işinə tövfəmizi verək
Prestijli konfransın Gürcüstanda keçirilməsi ölkəmizə imkan verir ki, ümumi Avropa əməkdaşlığının dərinləşdirilməsi işinə tövhəmizi verək, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bu gün Avropa Şurası idman ministerialının açılışında bəyan etdi.
“Bizim üçün böyük hörmətdir ki, Avropa Şurası idman ministerialına ev sahibliyi edək. Bildiyiniz kimi, Gürcüstan qədim sivilizasiya, mədəni rəngarənglik ölkəsidir və eyni zamanda, qədim idman ənənələri ilə tanınmışdır.
Gürcüstan coğrafi, siyasi, mədəni dəyərlərl baxımından Avropanın ayrılmaz hissəsidir”, – Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi.
Baş nazirin dediyinə görə, ministerial çərçivəsində iki qətnamə qəbul olunacaq:
• idman sahəsində korrupsiyaya qarşı mübarizə
• insan haqqlarının idman sahəsində müdafiəsi.
Tədbir Avropa Şurası, EPAS və Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Avropa Şurası idman ministerialı – 2018 Gürcüstan müstəqilliyinin bərpasının 100 illiyinə həsr olunur.