Mamuka Baxtadze - Avropa İttifaqı ilə münasibətlərin və interqasiyanın keyfiyyəti belə yüksək səviyyədə hələ olmayıb
Mamuka Baxtadze - Avropa İttifaqı ilə münasibətlərin və interqasiyanın keyfiyyəti belə yüksək səviyyədə hələ olmayıb

Tam məsuliyyətlə deyə bilərəm ki, Avropa İttifaqı ilə münasibətlərin və interqasiyanın keyfiyyəti belə yüksək səviyyədə hələ olmayıb, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstanın NATO-ya inteqrasiyası üzrə iqtidar komissiyasının və NATO-ya inteqrasiyası üzrə dövlət komisiyasının birgə iclasında verdi.

Baş nazirin dediyinə görə, Gürcüstan Avropa İttifaqı ilə üzərinə götürülmüş öhdəlikləri müvəffəqiyyətlə yerinə yetirir.

İclasda diqqət Avropa İttifaqı ilə vizasız rejimin gedişatına yetirildi.

Baş nazir bu prosesin maneəsiz funksiyasını xüsusi ilə vurğuladı.

Komisiyanın birgə iclasında Gürcüstanın illik milli proqramı (ANP) təsdiqləndi, hansı ki, NATO-ya inteqrasiyanın əsas mexanizmlərindən biridir.