Gürcüstanın baş naziri Mamuka Baxtadze Gürcüstanda ilk dəfə səfərdə olan Antiqua de Barbudanın baş naziri Qaston Alfonso Braun ilə görüşdü.
İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi haqqında danışdılar.
Söhbət həmçinin, tələbələrə dəstək proqramları haqqında aparıldı.
Qaston Alfonso Braun qeyd etdi ki, Antiqua de Barbuda Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
İqtidar administrasiyasında keçirilən görüşdə Xarici İşlər Naziri David Zalkaniani də iştirak edirdi.