Mamuka Baxtadze - Amerikalı partnyorlar dərin su limanına xüsusi əhəmiyyət verirlər, Gürcüstanın mütləq dərin su limanı olacaq
NATO ilə birlikdə birgə addımlar planlaşdırmışıq ki, Qara Dəniz bölgəsində təhlükəsizlik davamlı olsun, – bu barədə Gürcüstan baş naziri Mamuka Baxtadze NATO-nun baş katibi, Yens Stoltenberq ilə keçirilən brifinqdə bəyan etdi.
Mamuka Baxtadzenin qeyd etdiyinə görə, Gürcüstanın Qara Dəniz təhlükəsizliyi konsepsiyasında dəyişməz rolu var.
“Qara Dəniz NATO üçün əsas prioritetlərdən biridir və biz bunu alqışlayırıq. Hamımız yaxşı bilirik ki, Gürcüstanın Qara Dəniz təhlükəsizliyi konsepsiyasında dəyişməz rolu var. Biz, NATO ilə birlikdə birgə addımlar planlaşdırmışıq ki, Qara Dəniz bölgəsində təhlükəsizlik davamlı olsun və düşünürəm növbədi illərdə bu daha da nəzərə çarpacaq olacaq.
Anakliya limanına gəldikdə isə, Gürcüstanın unikal çoğrafi yeri var. Amerikalı partnyorlar dərin su limanına xüsusi əhəmiyyət verirlər, Gürcüstanın mütləq dərin su limanı olacaq”, – Mamuka Baxtadze bəyan etdi.