Mamuka Baxtadze – Altı il əvvəl Gürcüstan milləti, insan ləyaqətinin tapdalanmasına əsaslanan rejimdən imtina etdi
Mamuka Baxtadzenin bəyanatına əsasən, 2012-ci ilin bir oktyabr tarixində “Gürcü Arzusu” xalqla bərabər qalibiyyət əldə etdi, sülh yolu ilə hökümət dəyişdi və Gürcüstanın dövlət və dmeokratik inkişafı yolunda tamamilə yeni dövr başladı.
“Gürcüstan bu gün daha güclüdür, nəinki 6 il əvvəl. Biz bütün sahədə irəliləyişə nail olduq. Bu tərəqqi görsənir, lakin, bəzi çətinlik və çağırışlar qalır, lakin, əminəm ki, bu gürcü xalqı ilə bərabər bu problemi aradan qaldıracağıq. Məqsədimizdir ki, Gürcüstan iqtisadi baxımdan güclü, inkişaf etmiş bir ölkə olsun və biz beynəlxlaq məqsədlərimizə çataq – Gürcüstan Avropa ailəsi və NATO-nun tamhüquqlu üzvü olsun”, – Mamuka Baxtadze bəyan etdi.