Mamuka Baxtadze - Altı il əvvəl Gürcüstan milləti, insan ləyaqətinin tapdalanmasına əsaslanan rejimdən imtina etdi
Mamuka Baxtadze - Altı il əvvəl Gürcüstan milləti, insan ləyaqətinin tapdalanmasına əsaslanan rejimdən imtina etdi
2012-ci ilu bir oktyabrından, bizim ölkənin demokratik inkişafı yolunda qərarverici gün oldu, altı il əvvəl  Gürcüstan milləti, insan ləyaqətinin tapdalanmasına əsaslanan rejimdən imtina etdi, – bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirilmiş brifinqdə bəyan etdi.

Mamuka Baxtadzenin bəyanatına əsasən, 2012-ci ilin bir oktyabr tarixində “Gürcü Arzusu” xalqla bərabər qalibiyyət əldə etdi, sülh yolu ilə hökümət dəyişdi və Gürcüstanın dövlət və dmeokratik inkişafı yolunda tamamilə yeni dövr başladı.

“Gürcüstan bu gün daha güclüdür, nəinki 6 il əvvəl. Biz bütün sahədə irəliləyişə nail olduq. Bu tərəqqi görsənir, lakin, bəzi çətinlik və çağırışlar qalır, lakin, əminəm ki, bu gürcü xalqı ilə bərabər bu problemi aradan qaldıracağıq. Məqsədimizdir ki, Gürcüstan iqtisadi baxımdan güclü, inkişaf etmiş bir ölkə olsun və biz beynəlxlaq məqsədlərimizə çataq – Gürcüstan Avropa ailəsi və NATO-nun tamhüquqlu üzvü olsun”, –  Mamuka Baxtadze bəyan etdi.