Mamuka Baxtadze - 2020-ci ildə Gürcüstanın, C hepatitini tamamilə uğurla dəf etməsi baxımından ilk ölkəsi olması mümkündür
Mamuka Baxtadze - 2020-ci ildə Gürcüstanın, C hepatitini tamamilə uğurla dəf etməsi baxımından ilk ölkəsi olması mümkündür

Demək olar ki, hepatit 21-ci əsrdə ən ağır çağırışdır. Viruslu hepatit, ona qarşı maksimal səyləri tələb edən xəstəlikdir, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze C hepatitinə qarşı yeni kampaniyanın – “STOP C”-nin başlaması ilə bağlı tədbirdə bəyan etdi.

Onun dediyinə görə, C hepatiti xəstəliyinə qarşı bir çox ölkə, o cümlədən Gürcüstan müdafiəsiz oldu.

“2012-ci ildə biz bəyan etdik ki, bizim əsasə prioritetimiz insan olacaq və ilk addım səhiyyə büdcəsinin artırılması idi və artımda birinci yeri C hepatiti ilə mübarizə tutdu. Bu ciddi çağırışdır”, – baş nazir bəyan etdi.

O, Amerikalı partnyorlara C hepatitinin müalicəvi medakamntlərinin təmin edilməsi məsələsi ilə bağlı təşəkkürünü bildirdi.

“Amerikalı partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Əgər qiymətlərə baxsaq, bu qiymətli dərmanlarla müalicə üçün vətəndaşa təxminən 80-90 min ABŞ dolları lazım gələcəkdi. Bizim Amerikalı həmkarlarımızın bu yardımı olmasa, çox az insan bu preparatlarla müalicə ola bilərdi”, – Baxtadze bəyan etdi.

Onun dediyinə görə, əhalinin üçdə biri skriniqdən keçdi və 50 000 vətəndaş müalicə proqramına qatılıb.

“Bu xəstəliklə mübarizədə skriniqi önəmli komponentdir. Bu başqa millətlər üçün stimul olacaq. İctimaiyyətin səfərbərliyi və düzgün strategiya mövcuddursa, bütün xəstəlikləri dəf etmək mümkündür. 2020-ci ildə Gürcüstanın, C hepatitini tamamilə uğurla dəf etməsi baxımından ilk ölkəsi olması mümkündür”, – Mamuka Baxtadze bəyan etdi.