Mamuka Baxtadze - 2020-ci il üçün, dövlətin ona qarşı öhdəliyi olduğu hər bir hərbçi, yaşayış məzili ilə təmin ediləcək
2020-ci il üçün, dövlətin ona qarşı öhdəliyi olduğu hər bir hərbçi, Tbilisidə yaşayış məzili ilə təmin ediləcək, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze bəyan etdi.
Onun dediyinə görə, ilin sonuna qədər Qoridə mənzili təxminən 180 hərbi xidmətçi ailəsi alacaq.
“2019-cu ilin büdcəsində, hərbi xidmətçilərin yaşayış mənzilləri ilə təmin edilməsinə xüsusi diqqət yetirdik. 2020-ci il üçün, dövlətin ona qarşı öhdəliyi olduğu hər bir hərbçi, Tbilisidə, eləcə də Qoridə yaşayış məzili ilə təmin ediləcək.
Qoridə artıq təmir işləri aparılır və ilin sonuna kimi mənzili təxminən 180 hərbi xidmətçi ailəsi alacaq. Bununla yanaşı Tbilisidə iki yeni korpusun tikintisinə başlayırıq və gələn il, 480-dən artıq hərbi xidmətçiyə mənzil verəcəyik.
2013 ildən bu günədək yaşayış sahəsi ilə 1 700-dən artıq hərbi xidmətçini təmin etdik”, – baş nazir bəyan etdi.