Mamuka Baxtadze – 2019-2020-ci illərdə 7 526 hərbi xidmətçinin maaşı vəzifəsinə əsasən artacaq
Gürcüstanın baş naziri Mamuka Baxtadzenin bəyanatına əsasən, 2019-2020-ci illərdə 7 526 hərbi xidmətçinin maaşı vəzifəsinə əsasən artacaq.
Mamuka Baxtadzenin hökümət iclasının başlamasından əvvəl keçirilmiş brifinqdə bəyan etdiyinə əsasən, 2016-cı ildən etibarən silahlı qüvvələrin maliyə vəziyyətinin yaxşılaşdırılması və onlara sosial dəstək baxımından ciddi addımlar atılıb.
” 2019-2020-ci illərdə 7 526 hərbi xidmətçinin maaşı vəzifəsinə əsasən artacaq. Xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yay mövsümündən DİN-in əməkdaşlarının, təxminən 14 min vətəndaşın maaşı artdı, bu proses davam edəcək. 2019-cu ildən əmək haqqı 250 lari ilə artacaq. Bu, eləcə də DİN-in sərhəd polisinin polisləri və sahil müdafiəsi gəmilərinin xidmətçi personalına aiddir. Bu isə hardasa 2900 deməkdir. Maaşı eləcə də, Dövlət Müdafiəsi Xüsusi Xidmətin əməkdaşlarının da artacaq”, – Mamuka Baxtadze bəyan etdi.